Reklam verin!

İslam boşanma məsələsini yoluna qoydu! Bundan əvvəl qadınlara hörmət olunmadığı üçün boşanmaq hüquqları da yox idi...

İslam boşanma məsələsini yoluna qoydu.... 

Başqa dinlər kimi boşanmaya qadağan yox razılığ verdi. Bu Allahın sevmədiyi bir halal olsa da insanların rahatlığı və hüzuru üçündür. Buna Allahın sevmədiyi halal da demək olar!

Islam qadına deyilən “Uğursuzluq” ləqəbini kökündən kəsdi... 

Allah buyurdu: “ Onlardan biri qız müjdələndiyi zaman içi hirslə dolaraq üzü qapqara kəsilər, özünə verilən müjdənin pisliyindən millətindən gizlənərdi.(insanlar arasına çıxmazdı). Onu utana utana saxlasınmı yoxsa torpağamı basdırsın! Nə pis hökmedirlər” Ahzab surəsi 58 59

 

 

İslam evlənəcəyin qadının sayını müəyyənləşdirdi!

Bu 4 qadınla müəyyənləşdi. Lakin islamdan əvvəl Ərəbistanda və digər millətlərdə qadınların sayı 15 20-ə çatardı hətta bəzən saymaq olmazdı...  Not: şəhvət üçün evlənmək haramdır. Hətta qadağandır. Günümüzdə cahil dindarların bu səhv addımı çox ama çox İslamdan uzaqdır. Bir xanımı saxlaya bilmədiyi halda, uşaqlarına baxa bilmədiyi halda, işləmədiyi halda, VƏ ƏN PİSİ- XANIMININ HALALLIĞI OLMADIĞI HALDA- ikinci və hətta üçüncü dəfə evlənirlər... bu İslamdan uzaqdır! Hz. Məhəmmədin s.as. həyatına nəzər saldığımızda o indikilər kimi şəhvət üçün deyil, sırf Allah üçün və din üçün evlənmişdi. 1.dini yaymaq üçün 2. bəzi qəbilələrdə islamı yaymaq üçün.yaxşı münasibət yaratmaq üçün  3. yoldaşı şəhid olmuş imkansız qadınlarla.... imkansızlıqdan əxlaqsızlığa yuvarlanmaq təhlükəsi olan qadınlarla nigahlanmışdı. Öz mənfəəti hesabına deyil. Bunu indikilərdən çox çox fərqli olaraq ağılla və namusla etmişdir...

Hz/Adəm ya HƏvva?

Hz.Adəmi Hz.Həvva aldatdı ya yox?              

  İslam,daha əvvəlki din adamlarının qadına yapışdırdığı “Hz.Adəmin cənnətdən qovulmasına Həvva səbəb oldu” fikrinə Son qoydu və bu günahın ancaq Həvvaya deyil, Adəmə də aid olduğunu isbat etdi.Allah Hz Adəm və Həvvadan bəhs edərkən belə buyurmuşdur hətta bütün səbəbləri Adəmə yükləmişdi “ Amma şeytan Adəmə vəsvəsə verib: “ Ey Adəm sənə sonsuzluq ağacını və heç vaxt bitməyəcək səltənəti göstərimmi? dedi. “Adəm Rəbbinə itaət etmədi və yolunu azdı”. Taha surəsi 120 121. Bu hadisə peyğəmbər olmadan meydana gəlmişdi. “ Sonra Rəbbi onu peyğəmbər olaraq seçti və tövbəsini qəbul etdi” Taha surəsi 122.

              

 Quran, qadağan olunmuş ağacdan dadma səhvini Həvva anamıza yükləyən Yəhudilik, Xristianlıq və Buddistlikdə olan çox cahil fikirlərin kökünü  kəsdi!

Islamda Qadın və hüquqları...

                Miladın axırında, dünyanın hər bir yerində qadın üzərinə hər tərəfdən qaranlıq köçmüşdü. Bu vaxt Məkkədə Bir Səs gəldi... bu Səs HZ.Rəsulallahın səllalahu aleyhi va səlləm-in Səsi idi... Bütün dünya sanki bir anlıq bir-birinə dəymişdi. Və O müqəddəs insan Allahın buyurduğu ayə ilə bunu açıqladı və nöqtəsini qoydu:       

 “ Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq.Sizi millətlərə və qəbilələrə böldükki bir birinizi rahat tanıyasınız. Şübhəsiz, Allah qatında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən Allah biləndir xəbərdardır!”. El hücurat surəsi. 

          Buna qədər bütün dünyada Qadının hüququ alınmış və qadını ağıllı heyvan, inkişaf etməmiş kişi adlandırırdılar. Fransada, İngiltərədə, Amerikada və başqa ölkələrdə qadın özü doğduğu uşağına belə sahib deyildi. Hindistanda və Çində isə qadın yeni doğulmuş körpəsini atasına təqdim edərdi. Əgər uşağın atası uşağı qəbul edərdisə uşaq sağ qalardı. Əgər qəbul etməzdisə anası məcburən uşağı aparıb Böyük Büt-ün qarşısına qoyardı. Uşaq bir neçə gün o daş parçasının qarşısında qalardı. Sonunda da acından ölərdi. Qadın süfrəyə otura bilməzdi, qadının əri öldükdən sonra evdən bayıra bir daha çıxmazdı, istər yanğın olsun. Ərin yanında həmişə bir taxta parçası olardı. Nə vaxt xanımı sözünə baxmazdısa o taxta parçası ilə döyərdi. Hətta qadının sözü uşaqlarına keçməzdi. Uşaqları analarını evdə ancaq qulluqçu kimi görürdülər. 

                  Çində və Hindistanda qadınlara ad qoyulmazdı., şəxsiyət vəsiqələri və vətəndaşlıqları belə yox idi. Qadınları“1” “2” “7 rəqəmləyirdilər... Əri qadını istədiyi zaman satar, qumara uduzar, öldürər. Qadını öldürən ərə, həbs düşmürdü.... Qanuna görə qadınını öldürən ərə cəza yox idi... İranda isə öz bacıları ilə evlənərdilər... Nə isə... bunlardan yazsaq bitməz... Bəs bilirsiniz mi Xristianlarda kiçilər niyə kilsəyə qapılıb, Manax olurdular ? Çünki onlara görə qadın haram idi və Azdırıcı büt rolunu oynayırdı. Qadınla bərabər olan cəhənnəmə gedir və orada əbədi qalırdı....                  

  Şükürlər olsun ki, dinimiz qadınlara çox hüquq verdi... Qadının mükəmməl insan olduğunu sübut etdi. Bütün haqlara sahib olan ev xanımı, işçi və ana olmaq hüququnu verdi.

 

...Yeni evlənən qadın və kişilər üçün...

               ...Yeni evlənən qadın və kişilər üçün...

                Əziz bacım! Bildiyimə görə yeni ailə qurursan. Yəni öz həyatını qurursan. Ama tək deyil, ömrünü onunla bölüşəcəyin və ona həyat yoldaşı olacağın, bəlkə də illərlə yolunu gözlədiyin, gecələr həsrətdən göz yaşları içində yatdığın biri ilə qurursan. Təbrik edirəm! Sənə bir neçə məsləhətim olacaq! Çalış yadda saxlayasan.

Davamı...


  Yazılar cəmi: 5