Reklam verin!

İslam qız uşaqlarının qətlinə qadağan qoydu!

İslam qız uşaqlarının qətlini qadağan etdi...

 Islamdan əvvəlki cəmiyyətdə qız, ya diri diri torpağa basdırılır və ya bütlərin qarşısında atılır, ölənə qədər orada qalır və yaxud da qurban kəsilirdi.  Allah buyurdu “ Beyinsizlikləri üzündən kor koranə uşaqlarını öldürənlər və Allahın özlərinə verdiyi nemətləri Allaha şər ataraq haram sayanlar məhvolmuşlardır....  Ənam surəsi 140

İslam boşanma məsələsini yoluna qoydu! Bundan əvvəl qadınlara hörmət olunmadığı üçün boşanmaq hüquqları da yox idi...

İslam boşanma məsələsini yoluna qoydu.... 

Başqa dinlər kimi boşanmaya qadağan yox razılığ verdi. Bu Allahın sevmədiyi bir halal olsa da insanların rahatlığı və hüzuru üçündür. Buna Allahın sevmədiyi halal da demək olar!

Islam qadına deyilən “Uğursuzluq” ləqəbini kökündən kəsdi... 

Allah buyurdu: “ Onlardan biri qız müjdələndiyi zaman içi hirslə dolaraq üzü qapqara kəsilər, özünə verilən müjdənin pisliyindən millətindən gizlənərdi.(insanlar arasına çıxmazdı). Onu utana utana saxlasınmı yoxsa torpağamı basdırsın! Nə pis hökmedirlər” Ahzab surəsi 58 59

 

 

Islam qadına miras haqqı verdi...

İslam qadına miras haqqı verdi...

  

Az olsun çox olsun evli olsun bekar olsun istər hələ doğulmamış, anasının qarnında olsun- ona hər vəziyyətdə miras haqqı verilmişdir.

İslam ər-arvada eyni haqlar vermişdir.... 

Qadına da kişinin haqları kimi haqlar təyin etmişdir. Allah buyurur “ kişilərin qadınlar üzərində olan haqları kimi qadınların da kişilər üzərində haqları vardır. Kişilərin qadınlar üzərindəki haqları bir dərəcə daha yüksəkdir” bəqərə 228.

 

İslam evlənəcəyin qadının sayını müəyyənləşdirdi!

Bu 4 qadınla müəyyənləşdi. Lakin islamdan əvvəl Ərəbistanda və digər millətlərdə qadınların sayı 15 20-ə çatardı hətta bəzən saymaq olmazdı...  Not: şəhvət üçün evlənmək haramdır. Hətta qadağandır. Günümüzdə cahil dindarların bu səhv addımı çox ama çox İslamdan uzaqdır. Bir xanımı saxlaya bilmədiyi halda, uşaqlarına baxa bilmədiyi halda, işləmədiyi halda, VƏ ƏN PİSİ- XANIMININ HALALLIĞI OLMADIĞI HALDA- ikinci və hətta üçüncü dəfə evlənirlər... bu İslamdan uzaqdır! Hz. Məhəmmədin s.as. həyatına nəzər saldığımızda o indikilər kimi şəhvət üçün deyil, sırf Allah üçün və din üçün evlənmişdi. 1.dini yaymaq üçün 2. bəzi qəbilələrdə islamı yaymaq üçün.yaxşı münasibət yaratmaq üçün  3. yoldaşı şəhid olmuş imkansız qadınlarla.... imkansızlıqdan əxlaqsızlığa yuvarlanmaq təhlükəsi olan qadınlarla nigahlanmışdı. Öz mənfəəti hesabına deyil. Bunu indikilərdən çox çox fərqli olaraq ağılla və namusla etmişdir...


  Yazılar cəmi: 4