Reklam verin!

Iki Dəniz... (Nəticə çıxar!)

Fələstində iki dəniz var. Bu dənizlərdən birinin suyu mavi,təmiz və balıqlarla zəngindir. O birində isə balıq yoxdur. Suyu da çirklidir. Hər iki dənizə eyni çayın suyu axır. Çayın dağlardan gətirdiyi təmiz sular birinci dənizin suyunu daha da təmizləyir, ikinci dəniz isə yenə əvvəlki kimi kirli qalır...            Bu iki dənizin bir birindən fərqi nədir bilirsinizmi? Mavi dəniz çayın gətirdiyi suları başqa dənizlərlə bölüşür. Yəni nə qədər alırsa o qədər də verir. O biri dəniz isə aldığını özündə saxlayır. Bir damlasını da başqasına vermir. Aldığını verən dənizin suyu şəffaf, mavi və təmiz, aldığını özündə saxlayan dənizin suyu isə kirli və ölüdür. Bəlkə buna görədirki birinci dənizin adı “Qaliley”, ikinci dənizin adı isə “Ölü dənizdir”...


  Yazılar cəmi: 1