Reklam verin!

"AZAN" dünyada eşitdiyimiz ən gözəl səsdir!

  Bildiyimiz kimi ölkəmizdə “ azan” –a qadağan qoyulub. Bu qanunu çıxaran şəxslər də çox yaxşı bilirlər ki, necə ki onlar “azana” qadağan qoyublar, qiyamət günü məərdə Allah da onları dinləməyəcək və ağızları danışmaq istəsə dilləri söz tutmayacaq! Bu Allahın sözünə qadağa qoymaq və Quranı tapdalamaqdan başqa bir şey deyil. Gündən-günə insanlar kütlə şəklində islama və tövhidə gəlirlər. Noldu? “ Azan” səslərini kəsməklə millətindəmi gözlərini kor etdin? Xeyr! Əksinə! Kor qalanlar kor olaraq qaldılar. Ürəyində zərrə qədər Allah qorxusu olan insanlar da Allaha bağlandılar...  “Azanı” qadağan edənlər günahdan başqa heç nə qazanmadılar. Və bundan sonra etdikləri hər bir yaxşı əməl, Allah qatında pis olaraq yazılacaqdır İnşallah! Bir sual çıxa bilər - Bəs necə olur ki, hər gecə “gecə klublarından, barlardan”  yüksələn musiqi və əxlaqsız insanların  səslərindən camaat narahat olmur, amma iş “azana” gələndə bəzi ağılsız və dar düşüncəli insanlar narahat olmağa başlayırlar. Narahat olmurlar. Sadəcə dinləmək istəmirlər “həqiqəti”. “Azandan” gələn müsbət enerji qəlblərinə dolanda, istər-istəməz,  pas bağlamış ürəkləri dözmür və belə yersiz qanunlar icad edirlər... Allah şəfa versin!


  Yazılar cəmi: 1